İDMAN


Hindistan 2032-ci ildə Yay Olimpiadasına ev sahibliyi etməyə iddialıdır

Bakı, 20 aprel, AZƏRTAC

Hindistan Milli Olimpiya Komitəsinin prezidenti Narinder Batra bildirib ki, Hindistan bir neçə idman yarışına ev sahibliyi hüququ əldə etmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, N.Batra Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təşkilatçılıq hüququnu onun ölkəsinə həvalə edib-etməyəcəyindən asılı olmayaraq, üç böyük tədbirin Hindistanda keçirilməsi üçün müraciət etməyə hazırlıq görüldüyünü bildirib. Bu sıraya 2026-cı il Yeniyetmələrin Olimpiya Oyunları, 2030-cu il Asiya Oyunları və 2032-ci il Yay Olimpiya Oyunları daxildir.

BOK-un prezidenti Tomas Bax Hindistanın iddia irəli sürməsini şərh edərək deyib: “Hindistan böyük potensiala malikdir və günlərin bir günü o, Olimpiadaya ev sahibliyi edəcək. Lakin hazırda 2026-cı il Yeniyetmələrin Olimpiya Oyunlarına və 2032-ci il Yay Olimpiadasına ev sahibliyi edən ölkənin təsdiqlənməsi proseduru hələ açılmayıb. Bu səbəbdən nəsə danışmaq yersizdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.