MƏDƏNİYYƏT


Hindistan Azərbaycan rəssamlarının gözü ilə

Bakı, 16 fevral, AZƏRTAC

Hindistanın Azərbaycandakı səfirliyində “Hindistan Azərbaycan rəssamlarının gözü ilə” adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, Hindistanın Azərbaycandakı səfirliyi və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə keçirilən tədbirin layihə rəhbəri Elnurə İsgəndərova, təşkilatçısı isə Aygün İsgəndərovadır.

Hindistanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Govindan Pacheni tədbiri açaraq, sərginin hər iki ölkənin mədəni əlaqələrinin daha da inkişaf etməsində önəmli rol oynadığını vurğulayıb.

Layihə rəhbəri Elnurə İsgəndərova çıxışında bildirib ki, sərginin açılmasına əsas məqsəd qədim sivilizasiyalardan olan Hindistanın və Şərqin qapısı adlandırılan Azərbaycanın - hər iki qədim və zəngin tarixi-mədəni irsə sahib olan ölkənin mədəniyyətlərinin daha dərindən öyrənilməsi və təbliğinə töhfə verməkdir.

Sonra çıxış edən Azərbaycan Rəssamlar İttifaqının qrafika şöbəsinin rəhbəri, Xalq rəssamı, professor Arif Hüseynov bu tədbirin ölkələrimizin mədəniyyətlərinin təbliğində rolundan danışıb.

Sərgidə təsviri sənətin bütün növləri üzrə 100 rəssamın 100-dən çox əl işi nümayiş etdirilib.

Sonda iştirakçılar diplom və təşəkkürnamələrlə təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.