DÜNYA


Hindistan COVID-19-a sutkalıq yoluxma sayına görə “liderlik” edir

Pekin, 22 sentyabr, AZƏRTAC

Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 75 min 83 yeni yoluxma faktı qeydə alınıb. Bu, son 15 günün ən aşağı göstəricisi olsa da, ötən gün üçün dünyada sutkalıq ən çox yoluxma halıdır. Ümumiyyətlə, Hindistan son bir neçə gündür ki, sutkalıq yoluxma hallarının sayına görə “liderlik” edir.

AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ölkədə ümumi yoluxma hallarının sayı 5 milyon 562 min 663 nəfərə çatıb. Ötən sutka ərzində Hindistanda COVID-19 səbəbindən 1053 ölüm baş verib. Bununla Hindistanda pandemiya qurbanlarının sayı 88 min 935-ə çatıb. Nazirlik hazırda bir milyondan çox xəstənin müalicə aldığını açıqlayıb.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə ABŞ-dan sonra ikincidir. Ölkədə virusa yoluxanların ümumi sayı iyulun 16-da 1 milyonu, avqustun 6-da 2 milyonu, avqustun 22-də 3 milyonu, sentyabrın 4-də 4 milyonu, sentyabrın 15-də isə 5 milyonu ötüb. Avqustun 6-dan bəri sutkalıq ən çox yoluxma Hindistanda qeydə alınır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.