DÜNYA


Hindistan İranla neft ticarətini davam etdirəcək

Tehran, 13 yanvar, AZƏRTAC

Hindistanın “Bharat Petroleum Corporation Limited” şirkəti cari ilin fevral və mart aylarında İrandan 1 milyon barrel neft alacaq.

AZƏRTAC “The Financial Express” qəzetinə istinadla xəbər verir ki, şirkət İrandan xam nefti almaq üçün sifariş verib.

Hindistanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Raviş Kumar bəyan edib ki, ABŞ-ın təhdidlərinə baxmayaraq, Hindistan İranla ticarət əlaqələrini davam etdirəcək. Onun sözlərinə görə qarşılıqlı razılaşmaya əsasən neft ticarəti milli valyuta ilə aparılacaq.

Xatırladaq ki, Hindistan İranın ən böyük ticarət tərəfdaşıdır. Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 13,8 milyard dollara çatıb.

Qəzet yazır ki, ABŞ İranın neft ixracını tamamilə məhdudlaşdırmağa çalışsa da, buna nail ola bilməyib. Qeyd olunub ki, ötən ilin avqustunda sanksiyaları bərpa edən ABŞ 6 ay müddətinə Çin, Yaponiya, Hindistan, İtaliya, Yunanıstan, Türkiyə, Tayvan və Cənubi Koreyaya İrandan neft almağa icazə verib. Lakin görünən odur ki, Hindistan ilə Çin İrandan neft almaqda davam edəcəklər.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.