DÜNYA


Hindistan Prezidenti COVID-19-a qarşı peyvənd olunub

Pekin, 3 mart, AZƏRTAC

Hindistanda COVID-19 infeksiyasına qarşı vaksinasiya proqramı çərçivəsində ölkə Prezidenti Ram Nat Kovində peyvəndin ilk dozası vurulub.

AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, dövlət başçısı Hindistan silahlı qüvvələrinin paytaxt Dehlidəki hospitalında peyvənd olunub.

Hindistanda COVID-19 infeksiyasına qarşı vaksinasiyanın birinci mərhələsi yanvarın 16-da, 2-ci mərhələsi isə martın 1-də başlayıb. İkinci mərhələdə peyvənd olunanlardan biri də Baş nazir Narendra Modi olub. Hazırda Hindistanda yaşı 60-dan çox olanlar və yanaşı xəstəliyi olan şəxslər (yalnız 45 yaşdan yuxarı) peyvənd olunurlar. Dövlət xəstəxanalarında vaksinasiya ödənişsiz aparılır, özəl tibb müəssisələrində peyvənd olunmaq isə 250 rupiyə (3,4 ABŞ dolları) başa gəlir. Hindistanda indiyədək 15,6 milyon nəfərə COVID-19 peyvəndi vurulub.

Qeyd edək ki, Hindistan COVID-19 pandemiyasından ən çox əziyyət çəkən ölkələrdən biridir. İndiyədək ölkədə 11 milyon 139 min nəfər bu virusa yoluxub, 157 min 385 nəfər isə pandemiyanın qurbanı olub. Hindistan yoluxanların ümumi sayına görə ABŞ-dan sonra ikincidir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.