DÜNYA


Hindistan Prezidentinin təyyarəsi gecikdiyinə görə "Air India" haqqında araşdırma başlanılıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Hindistanın milli aviadaşıyıcısı olan "Air India" şirkəti haqqında geniş araşdırma başlanılıb.

AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, buna səbəb sentyabrın 15-də Hindistan Prezidentini İsveçrənin Sürix şəhərindən Sloveniyaya aparmalı olan təyyarənin texniki nasazlıq səbəbindən uça bilməməsi və nəticədə dövlət başçısının 3 saat gecikməsidir.

ANİ agentliyi yazır ki, uçuşa az qalmış "Boeing 747" tipli təyyarənin sükan sistemində texniki problem ortaya çıxıb. Uçuş üçün aeroporta doğru yola çıxan Prezident Ram Nat Kovindin korteci texniki nasazlıq barədə xəbəri alandan sonra geriyə - otelə qayıdıb. Mühəndislər problemi aradan qaldırmaqla məşğul olduğu vaxtda "Air İndia" rəhbərliyi Londonda olan "Boeing 777" tipli təyyarəsini Sürixə uçaraq dövlət başçısını Sloveniyaya aparmaq üçün startda saxlayıb. Amma mühəndislər nasazlığı aradan qaldıra biliblər və dövlət başçısı həmin təyyarədə Sloveniyaya uçub.

Qeyd edək ki, Hindistan Prezidenti Ram Nat Kovindin sentyabrın 9-dan İslandiya, İsveçrə və Sloveniyaya rəsmi turnesi başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.