DÜNYA


Hindistan Qazaxıstan ərazisində aviasiya mərkəzi yaratmaq niyyətindədir

Astana, 13 fevral, AZƏRTAC

Hindistan Qazaxıstan ərazisində aviasiya mərkəzi yaratmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, ölkələr arasında bir sıra sahələr üzrə, o cümlədən maşınqayırma şirkətləri ilə danışıqlar aparılır.

Hindistan Qazaxıstanda azot gübrələrinin istehsalı müəssisəsinin və aviasiya mərkəzinin yaradılmasında (böyükhəcmli kommersiya yükdaşımaları) maraqlıdır.

Hindistan tərəfi Qazaxıstanda avtomobil istehsal etməyi də planlaşdırır. Bundan başqa, hindistanlı investorlar Qazaxıstanda neft hasilatı sahəsinə maraq göstərirlər.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.