DÜNYA


Hindistan ilk hərbi-kosmik təlimini keçirəcək

Bakı, 24 iyul, AZƏRTAC

Hindistan ordusu bu həftənin sonunadək IndiaSpaceEx adlı ilk hərbi-kosmik təlim keçirməyi planlaşdırır. AZƏRTAC Times of India nəşrinə istinadla xəbər verir ki, bu barədə məlumat verən hökumət rəsmisi əlavə edib: “Hindistanın Baş Naziri Narendra Modi bildirib ki, 2019-cu ilin martında peykəleyhinə silahın sınaqdan keçirilməsi ölkəmizin müdafiə qabiliyyətini möhkəmlədəcək. Buna müvafiq olaraq, IndiaSpaceEx adlı ilk hərbi-kosmik təlim Hindistan ordusunun kosmosda arta biləcək gərginliyə verə biləcəyi cavabı nümayiş etdirəcək”. Onun sözlərinə görə, Çinin getdikcə artan müdafiə gücü məcbur edir ki, Hindistan kosmosda öz maraqlarını təmin etmək məqsədilə əlavə tədbirlər görsün.

Martın 27-də Narendra Modi peykəleyhinə A-SAT sisteminin uğurlu sınağı barədə bəyanatla çıxış edib. Bu sınağın gedişində aşağı orbitdə yerləşən aparat vurulub. Baş Nazir qeyd edib ki, Hindistan məhz bunun sayəsində güclü kosmik dövlətə çevrilib. Hindistan XİN-in bəyanatında bildirilir ki, bu ölkənin kosmosda silahlanmaya qoşulmaq niyyəti yoxdur, sınaq isə heç bir dövlətə qarşı keçirilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.