DÜNYA


Hindistan paytaxtının girişində 30 min fermer etiraz aksiyası keçirir

Bakı, 2 oktyabr, AZƏRTAC

Hindistanda 30 minə yaxın fermer Uttar-Pradeş ştatı ilə Dehli milli paytaxt dairəsinin sərhədində etiraz aksiyası keçirir.

AZƏRTAC xəbər verir ki, NDTV telekanalının yaydığı məlumata görə, aqrar sektorun işçiləri kənd təsərrüfatı məhsullarının alış qiymətinin artırılmasını, yanacaq və elektrik borclarının silinməsini, 60 yaşdan yuxarı kəndlilər üçün dövlət təqaüdünün tətbiq olunmasını, həmçinin federal hökumətdən bir sıra güzəştlər tələb edirlər.

Bir neçə fəal etirazçı tələblərini müzakirə etmək üçün Hindistanın daxili işlər naziri Racnath Sinqhlə görüşə yollanıb. Bunun ardından ölkənin kənd təsərrüfatı naziri Qacendra Sinqh tərəflərin bir sıra mübahisəli məsələlər barədə konsensusa nail olduqlarını deyib. Lakin etiraz aksiyasının təşəbbüskarı olan aqrar sektorun həmkarlar ittifaqı keçirilən müzakirələrin nəticələrinin qənaətbəxş olmadığını bildirib. Onların sözlərinə görə, hökumətlə müzakirə olunan 11 bənddən yalnız 7-si üzrə razılıq əldə olunub. Aksiya iştirakçıları bütün tələblər yerinə yetirilməyənə qədər etirazları davam etdirəcəklərini bildiriblər.

Bunun ardından etirazçılar paytaxta soxulmağa cəhd etsələr də, polis buna su şırnaqları və gözyaşardıcı qazla qarşılıq verib. Toqquşmalar nəticəsində bir neçə nəfər xəsarət alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.