DÜNYA


Hindistan polisinə “Facebook” sosial şəbəkəsindən istifadə qadağan edilib

Bakı, 16 iyul, AZƏRTAC

Hindistan Daxili İşlər Nazirliyi qurumun bütün strukturlarına, o cümlədən polislərə “Facebook” sosial şəbəkəsindən istifadəni qadağan edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Hindistan Daxili İşlər Nazirliyinin direktivində deyilir.

“Qadağa nazirliyin bütün strukturlarına aiddir, çünki onlar adətən silahlı qüvvələrimizlə sıx əlaqədə olurlar. Hindistan özü “Facebook” və ya “Instagram” kimi sosial şəbəkələrə malik olmalıdır ki, onlara heç bir xarici ölkə daxil ola bilməsin”, - deyə qurumun direktivində bildirilir.

Hindistan Silahlı Qüvvələrinin komandanlığı iyulun 15-dən etibarən rütbəsindən asılı olmayaraq bütün hərbçilərə “Facebook” səhifələrini pozmağı və bu sosial şəbəkədən istifadə etməməyi əmr edib. Əmrə tabe olmayan əsgər və zabitlərin ciddi cəzalandırılacağı bildirilir.

Hindistanlı mütəxəssislər artıq sosial şəbəkələrin yerli analoqunun hazırlanması üçün çalışmalara başlayıb. Hələ ki, hərbçilərə “Facebook”, “Instagram” və “Twitter” sosial şəbəkələrindən, həmçinin daha 88 proqramdan istifadə etmək qadağan olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.