REGİONLAR


Hindistan səfiri Lənkəran Dövlət Universitetində yaradılan şəraitlə tanış olub

Lənkəran, 19 iyun, Bağır Əliyev, AZƏRTAC

Hindistan səfiri Bavitlunq Vanlalvavna iyunun 19-da Lənkəran Dövlət Universitetində olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qonağa universitetdə son illər təhsilin yenilənməsi istiqamətində görülən işlər, turizm-təcrübə bazası, tikilməkdə olan tədris korpusları və yataqxana binası, kadr hazırlığındakı yeniliklər barədə danışıb. Qeyd edib ki, LDU Hindistanın ali təhsil müəssisələri ilə qarşılıqlı əlaqələr yaradılmasında maraqlıdır.

Səfir Bavitlunq Vanlalvavna ölkəsində ali təhsil sisteminin təşkili, bu sahədə olan yeniliklər barədə danışaraq bildirib ki, LDU ilə Hindistanın ali məktəbləri arasında əlaqələr yaradılmasında yardımçı olmağa hazırdır.

N.İbrahimov daha çox aqraryönümlü ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduqlarını deyib.

Görüşdə təhsil sahəsində əlaqələrin inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.