DÜNYA


Hindistan şirkətləri Çindən gətirilən polada rüsum qoyulmasını istəyir

Bakı, 14 may, AZƏRTAC

Hindistanın polad istehsal edən kompaniyaları hökumətdən Çindən gətirilən poladəritmə məhsullarına 25 faizlik rüsum tətbiq olunmasını xahiş edib. Onlar Çindən ucuzlaşmış polad idxalının artmasından ehtiyatlanır.

AZƏRTAC Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Hindistan hökumətində və poladəritmə sənayesindəki mənbələr deyib. Yerli şirkətlər ABŞ sanksiyalarından sonra Çinin Hindistan bazarında polad məhsullarını artırmasından ehtiyat edir. Çin öz məhsullarını Vyetnam və Kamboca üzərindən də Hindistana göndərə bilər.

Ölkənin Poladəritmə Sənayesi Nazirliyi yerli kompaniyaların sorğusuna şərh verməkdən imtina edib.

Hindistan polad istehsalının həcminə görə dünyada ikinci yeri tutur. Hazırda ölkə netto-idxalçıdır. 2018-ci ildə xaricdən gətirilən poladın həcmi 2,1 milyon ton olub ki, bu da 2017-ci illə müqayisədə 15 faiz çoxdur. Bu, Hindistanın poladəritmə sənayesinin yüksək keyfiyyətli məhsulu istehsal edə bilməməsi, həmçinin Çin, Yaponiya və Cənubi Koreya ilə rəqabətə davam gətirməməsi ilə əlaqədardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.