DÜNYA


Hindistan xaricdən aldığı neftin dəyərini rupi ilə ödəmək istəyir

Bakı, 16 oktyabr, AZƏRTAC

Hindistan dünya bazarında xam neftin qiymətinin qalxmasından narahatdır.

AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, Baş nazir Narendra Modi neft hasil edən ölkələrin müvafiq dövlət rəsmilərinin, yerli və xarici şirkətlərin rəhbərlərinin iştirak etdikləri enerji forumunda neftin qiymətlərinin ödənilməsində yeni metodlar axtardıqlarını deyib.

Bildirilir ki, son bir neçə gündə Hindistan valyutası rupinin 14,5 faiz dəyər itirməsi nəticəsində ölkəyə idxal olunan neftin qiyməti daha da yüksək olub.

Hindistanın neft naziri Dharmendra Pradxan son bir ildə dünya bazarında neftin qiymətinin ABŞ dolları ilə 50 faiz, Hindistan rupisi ilə isə 70 faiz qalxmasının ölkə üçün əlavə maliyyə çətinlikləri yaratdığını bəyan edib. Hökumət xaricdən aldığı xam neftin müəyyən hissəsinin dəyərini rupi ilə ödəmək istəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.