DÜNYA


Hindistanda 13 insanın “qatili” olan pələng öldürülüb

Bakı, 3 noyabr, AZƏRTAC

Hindistanın Maharaştra ştatında 13 nəfəri parçalayıb öldürən pələng uzun sürən axtarışlardan sonra tapılaraq güllə ilə vurulub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yerli mətbuatda Avni adı verilən heyvan peşəkar ovçu tərəfindən öldürülüb.

Heyvanları müdafiə təşkilatları yırtıcını öldürməməyə, tutaraq heyvanxanaya yerləşdirməyə çağırıblar. Onlar hətta bu məsələ ilə bağlı Ali Məhkəməyə müraciət ediblər. Lakin bütün bu cəhdlər nəticəsiz qalıb.

Pələngin axtarışları 150 ovçu, deltoplan, xüsusi hazırlanmış ov itləri və pilotsuz uçan aparatlar vasitəsilə üç aya yaxın davam edib.

Son iki ildə 13 nəfəri öldürən Avninin DNT-si bir neçə qurbanın bədənində aşkarlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.