QAN YADDAŞI


Hindistanda 20 Yanvar qurbanlarının xatirəsi anılıb

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycanın Hindistandakı səfirliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Hindistanın dövlət və ictimai qurumlarının nümayəndələrinin, ali təhsil ocaqlarının tələbə və müəllim heyətinin iştirak etdikləri tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Əşrəf Şıxəliyev 1990-cı ilin 20 yanvarında dinc etiraz aksiyasını dağıtmaq məqsədilə Azərbaycana sovet ordusu hissələrinin yeridildiyini və nəticədə 147 mülki şəxsin həlak olduğunu, 800-dən çox insanın yaralandığını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hadisənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək, sovet rəhbərliyinin bu cinayətkar əməllərinə qarşı sərt etiraz edib, bununla da yanvar hadisələrinə ilk dəfə siyasi-hüquqi qiymət verilib.

Vurğulanıb ki, 20 Yanvar faciəsindən sonra xalqımızın azadlıq mübarizəsi daha da gücləndi.

Ermənistanın ölkəmizə qarşı təcavüzü və ərazilərimizin işğal edilməsi barədə məlumat verən səfir deyib ki, bütün çətinliklərə baxmayaraq, hazırda Azərbaycan sürətlə inkişaf edən, güclü iqtisadiyyata malik, regionda lider ölkədir.

Tədbirdə Azərbaycan-Hindistan münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, o cümlədən iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlıq imkanlarına dair suallar cavablandırılıb.

Sonda Qanlı Yanvar qurbanlarının xatirəsinə ehsan verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.