DÜNYA


Hindistanda 282 nəfər sel və daşqınların qurbanı olub

Bakı, 15 avqust, AZƏRTAC

Hindistanın Kerala, Karnataka, Maharaştra, Qucarat və Madha Pradeş əyalətlərində şiddətli yağışlar səbəbindən yaranan sel və daşqınlarda 282 nəfər ölüb.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Kerala əyalətində 102 nəfər həyatını itirib, 29 nəfər isə itkin düşüb. Karnatakada 61 insan həlak olub. Maharaştrada 49, Qucaratda 31 və Madha Pradeşdə 39 nəfər təbii fəlakətin qurbanı olub. Bildirilir ki, Keralada ötən həftə 90-a yaxın torpaq sürüşməsi də baş verib. Şiddətli yağışlar bu əyalətdə hələ iki gün də sürüşmələrə səbəb olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.