DÜNYA


Hindistanda COVID-19-a yoluxmada yeni rekord qeydə alınıb

Pekin, 16 iyul, AZƏRTAC

Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına rekord sayda - 32 min 682 yoluxma qeydə alınıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 970 min 169 nəfərə çatıb.

AZƏRTAC pandemiyanın statistikasını aparan “Worldometers” saytına istinadla xəbər verir ki, ötən sutka ölkədə COVID-19 səbəbindən 614 ölüm baş verib. İndiyədək Hindistanda 24 min 929 nəfər bu virusdan ölüb. Virusa yoluxanların 60 faizinin sağaldığı bildirilir.

Hindistanın Tibb İşçiləri Assosiasiyasının açıqlamasında bildirilir ki, indiyədək ölkədə 1302 həkim yeni növ koronavirusa yoluxub. Onlardan 99 nəfəri vəfat edib. Assosiasiya bununla əlaqədar “qırmızı həyəcan” elan edib.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə, ABŞ və Braziliyadan sonra 3-cü sıradadır. Ən pis vəziyyət Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.