DÜNYA


Hindistanda COVID-19 infeksiyasına yoluxmada yeni antirekord qeydə alınıb

Pekin, 11 sentyabr, AZƏRTAC

Hindistan COVID-19 infeksiyasına yoluxma sayına görə öz “rekordunu” yeniləyib. Ötən sutka ölkədə 96 min 551 yeni yoluxma aşkarlanıb. Bu, həm də bir ölkədə qeydə alınmış sutkalıq ən böyük rəqəmdir.

AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ölkədə virusa yoluxanların ümumi sayı 4,5 milyonu ötüb. Ötən sutka Hindistanda COVID-19 səbəbindən 1172 ölüm baş verib. Bu rəqəm də ötən günə dünyada ən yüksək göstəricidir. Ölkədə ümumi ölüm sayı 75 min 62-yə çatıb.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, hazırda ölkədə 919 mindən çox aktiv pasiyent var.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə ABŞ-dan sonra ikincidir. Hindistanda virusa yoluxanların ümumi sayı iyulun 16-da 1 milyonu, avqustun 6-da 2 milyonu, avqustun 22-də 3 milyonu, sentyabrın 4-də isə 4 milyonu ötüb. Hökumət iqtisadiyyatın canlanması üçün sentyabrın 1-dən karantin rejiminin növbəti mərhələdə yumşaldılmasına start verib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.