DÜNYA
Hindistanda “Tauktae” siklonu səkkiz nəfərin ölümünə səbəb olub
Bakı, 17 may, AZƏRTAC
Hindistanın qərb sahillərində tüğyan edən "Tauktae" siklonu səkkiz nəfərin ölümünə səbəb olub, 150 mindən çox insan isə təxliyə edilib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu gün səhər saatlarında daha da güclənən qasırğa hazırda Mumbay şəhərindən 160 kilometr cənub-qərbdədir. Təbii fəlakət səbəbindən Mumbay hava limanının fəaliyyəti dayandırılıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, güclü külək Mumbay şəhərində iki nəfərin ölümünə səbəb olub. Karnataka əyalətində dörd nəfər, qonşu Kerala əyalətində isə iki nəfər təbii fəlakətin qurbanı olub.
Hindistanın meteorologiya departamenti axşam saatlarında siklonun Qucarat ştatına çatacağını və sürətinin saatda 200 kilometrə yüksələcəyini bildirib. Ştat rəhbərliyi sahilyanı ərazilərdə yaşayan insanların təxliyə ediləcəyini deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]