DÜNYA
Hindistanda anomal istilər 92 nəfərin ölümünə səbəb olub
Bakı, 19 iyun, AZƏRTAC
Hindistanın şimal-şərqindəki Bihar ştatında anomal istilər səbəbindən ölənlərin sayı 92 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, Sinxua agentliyinin yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, son bir neçə həftədir ştatda bu mövsüm üçün xarakterik olmayan isti hava şəraiti hökm sürür. Burada termometrlərin göstəricisi gün ərzində 40 dərəcədən aşağı enmir. İyunun 10-da Nyu-Dehlidə havanın temperaturu Hindistan paytaxtının tarixində ən yüksək göstəriciyə çataraq 50 dərəcəni ötüb.
Anomal istilər və rütubətli hava şəraiti, eyni zamanda, Bihar ştatında kəskin ensefalit xəstəliyinin baş qaldırmasına səbəb olub. Son üç həftə ərzində bu xəstəlik azı 128 uşağın həyatına son qoyub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]