DÜNYA


Hindistanda avtobus qəzası: azı 15 nəfər ölüb, 17 nəfər yaralanıb VİDEO

Bakı, 6 oktyabr, AZƏRTAC

Hindistanın Cammu və Kəşmir ştatında mikroavtobusun dərəyə aşması nəticəsində azı 15 nəfər həlak olub, 17 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

AZƏRTAC xəbər verir ki, PTI agentliyinin yerli polisə istinadla yaydığı məlumata görə, yaralılardan 10-nun vəziyyəti ağırdır. Onlar Cammu xəstəxanasına helikopter vasitəsilə çatdırılıb.

Polisin məlumatına əsasən, qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub. Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir.

Avtomobil yollarında sıxlıq, yol örtüyünün vəziyyətinin pis olması və sürücülərin intizamsızlığı Hindistanda ağır yol-nəqliyyat hadisələri ilə müşayiət olunur. Rəsmi məlumata əsasən, hər gün qəzalar nəticəsində ölkədə 400 nəfərə qədər, il ərzində isə təxminən 150 min insan həyatını itirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.