DÜNYA
Hindistanda avtobus qəzası nəticəsində 18 nəfər həlak olub
Bakı, 28 iyul, AZƏRTAC
Hindistanın şərqində yerləşən Uttar-Pradeş ştatında yük maşınının avtobusla toqquşması nəticəsində azı 18 nəfər həlak olub, 25 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Hindu qəzeti polis orqanlarına istinadla məlumat yayıb.
Polisin məlumatına görə, böyük sürətlə hərəkət edən yük avtomobili yol kənarında dayanmış sərnişin avtobusuna çırpılıb. Qəza zamanı sərnişinlərin bir hissəsi avtobusun içərisində, bəziləri yerdə olub. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Polis qəza yerində xilasetmə əməliyyatı aparır.
Yolların pis vəziyyətdə olması, nəqliyyatın sıxlığı və sürücülərin intizamsızlığı səbəbindən Hindistanda tez-tez ağır yol-nəqliyyat hadisələri baş verir. Rəsmi statistikaya əsasən, ölkədə hər il 100 mindən çox insan yol-nəqliyyat hadisələrinin qurbanı olur, daha 300-400 min nəfər müxtəlif dərəcəli xəsarətlər alır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]