DÜNYA


Hindistanda avtobus qəzasında 9 nəfər ölüb, 38 nəfər xəsarət alıb VİDEO

Pekin, 6 oktyabr, AZƏRTAC

Hindistanın cənub-qərbindəki Kerala ştatında 2 avtobusun toqquşması nəticəsində 9 nəfər ölüb, 38 nəfər müxtəlif bədən xəsarəti alıb.

AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, hadisə Palakkad rayonunda baş verib. Orta məktəb şagirdlərini və müəllimlərini aparan avtobus Vadakkeçeri qəsəbəsində ştatın nəqliyyat xidmətinin sərnişin avtobusu ilə toqquşub. Ölənlər və xəsarət alanlar arasında şagirdlər də var. Yaralılardan 5 nəfərinin vəziyyəti ağırdır. Hadisənin detalları araşdırılır.

Qeyd edək ki, 2 gün əvvəl Hindistanda başqa bir avtobus qəzasında 25 nəfər ölüb. Toy mərasiminin iştirakçısı olan qonaqları aparan avtobus oktyabrın 4-də Uttraxand ştatında dağlıq ərazidəki yolda idarəetməni itirərək 500 metr dərinliyə aşıb. Hadisə nəticəsində 20 nəfər xəsarət alıb.

Hindistan ölümlə nəticələn yol-nəqliyyat hadisələrinin sayının ən yüksək olduğu ölkələr sırasındadır. Rəsmi statistikaya əsasən, 2019-cu ildə ölkənin avtomobil yollarında baş verən qəzalarda 150 mindən çox ölüm halı qeydə alınıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.