DÜNYA


Hindistanda avtomobil qəzasında 10 nəfər ölüb

Pekin, 18 noyabr, AZƏRTAC

Hindistanın Qucarat ştatında iki avtomobilin toqquşması nəticəsində azı 10 nəfər ölüb, 15 nəfər yaralanıb.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, ölənlər səyahətə gedən sərnişinlər olub. Hadisə yerinə gələn polis əməkdaşları yaralıları yaxınlıqdakı Vadodara şəhərindəki xəstəxanalara çatdırıblar.

Ştat rəhbərliyi qəzanın səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı tapşırıq verib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.