DÜNYA


Hindistanda baş verən yanğında azı 15 yeniyetmə həyatını itirib

Bakı, 24 may, AZƏRTAC

Hindistanın Qucarat ştatında baş verən yanğında ən azı 15 yeniyetmə həyatını itirib.

AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, hadisə "Takşila" ticarət kompleksindəki üçmərtəbəli binanın ən yuxarı qatındakı təlim mərkəzində baş verib. Bildirilir ki, yanğın baş verən zaman orada təxminən 50 nəfər olub. Yanğından xilas olmaq istəyənlər pəncərələrdən tullanmağa cəhd ediblər. Nəticədə bir neçə nəfər zədələnib.

Bir neçə saat sonra yanğın nəzarət altına alınıb. Hazırda axtarış işləri aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.