DÜNYA


Hindistanda bir ay ərzində ikinci dəfə jurnalist qətlə yetirilib

Bakı, 21 sentyabr, AZƏRTAC

Hindistanda naməlum şəxslər yerli telekanallardan birinin jurnalisti Şantanu Bxoumiki qaçıraraq qətlə yetiriblər.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, polis jurnalistin yerli siyasi partiyalardan birinin nümayəndələri tərəfindən bağlanan avtomobil trası barədə süjet hazırlayan zaman qaçırıldığını bildirib.

Hadisədən bir qədər sonra 27 yaşlı jurnalistin üzərində çoxsaylı xəsarətlər olan cəsədi aşkarlanıb. Polis təhqiqat çərçivəsində 4 nəfəri həbs edib. Onların hamısı Tripura ştatının siyasi partiyalarından birinin üzvləridir.

Sentyabr ayında, həmçinin Hindistanın tanınmış jurnalisti Qauri Lankeş Karnataka ştatının Banqalor şəhərindəki evinin qarşısında güllələnmişdi. Qətldən iki həftə keçməsinə baxmayaraq, təhqiqat çərçivəsində hələ heç kim saxlanılmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.