DÜNYA


Hindistanda daşqın qurbanlarının sayı 151 nəfərə çatıb

Bakı, 30 iyun, AZƏRTAC

Hindistanın şimal-şərqindəki Assam ştatında daşqın və torpaq sürüşməsi qurbanlarının sayı son sutka ərzində 12 nəfər artaraq, 151 nəfərə çatıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, aprel ayından davam edən leysan yağışlar çayların səviyyəsinin yenidən kəskin artmasına səbəb olub və Assamda daşqın vəziyyəti çərşənbə günü yenidən pisləşib.

Ştatın 2 254 kəndi təbii fəlakətdən zərər çəkib, 200 minə yaxın sakin təhlükəli ərazilərdən təxliyə edilib və 538 müvəqqəti düşərgəyə yerləşdirilib. Sel azı 218 yola və 20 körpüyə ziyan vurub.

Daşqınlara güclü musson yağışları səbəb olub, bunun nəticəsində Brahmaputra çayı qolları ilə birlikdə sahillərini aşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.