DÜNYA


Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 119 nəfərə çatıb

Bakı, 18 avqust, AZƏRTAC 

Hindistanın Bixar ştatında daşqınlar nəticəsində həlak olanların sayı 119 nəfərə çatıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, regiondan 400 min nəfər insan evakuasiya edilib, minlərlə ev və bina dağılıb. Hökumət orqanları mindən çox sığınacaq zonası yaradıb.

Qeyd edək ki, aramsız leysan yağışları nəticəsində yaranan daşqınlar Nepalda 111 nəfərin, Banqladeşdə isə 57 nəfərin həyatına son qoyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.