DÜNYA


Hindistanda dünyanın ən hündür heykəli quraşdırılıb VİDEO

Bakı, 31 oktyabr, AZƏRTAC

Hindistanda dünyanın ən hündür abidəsinin - Birlik Heykəlinin quraşdırılması prosesi başa çatıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Hindistanın müstəqilliyi uğrunda mübarizənin qəhrəmanı Sərdar Vallabhai Patelin 182 metrlik heykəli Hucarat ştatında Vadodara şəhəri yaxınlığında ucaldılıb. Heykəl 58 metrlik postamentin üzərində quraşdırılıb. Kompleksin ümumi hündürlüyü isə 240 metrə yaxındır.

Abidənin açılış mərasimində Hindistanın Baş naziri Narendra Modi iştirak edib.

Patelin heykəli indiyə qədər dünyanın ən uca monumenti sayılan Çindəki Cjunyuan Budda heykəlindən 23 metr, Nyu-Yorkdakı “Azadlıq” heykəlindən isə demək olar ki, iki dəfə hündürdür.

Qeyd edək ki, Hindistanın milli qəhrəmanı Sərdar Vallabhai Patel, eyni zamanda, ölkə konstitusiyasının müəlliflərindən biridir. O, 1947-1950-ci illərdə Hindistanın daxili işlər naziri və baş naziri işləyib, vətən qarşısında xidmətlərinə görə Sərdar adına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.