DÜNYA


Hindistanda ensefalit xəstəliyindən 64 uşaq ölüb

Bakı, 13 iyun, AZƏRTAC

Hindistanın Bihar ştatında son iki həftə ərzində kəskin ensefalit xəstəliyindən tələf olan uşaqların sayı 64 nəfərə çatıb.

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, ölümlə nəticələnən hallar Vayşali və Samastipur dairələrində müşahidə edilib. Ən çox ölüm halları isə Muzaffarpur şəhərində qeydə alınıb. Hazırda şəhərdə onlarla uşaq ensefalit xəstəliyindən müalicə alır, onların bəzilərinin vəziyyəti çox ağırdır.

Ekspertlər xəstəliyə daha çox 15 yaşına qədər uşaqların həssas olduğunu hesab edirlər. Kəskin ensefalit pasiyentdə qızdırmaya, oriyentasiyanın itməsinə və bəzi hallarda komatoz vəziyyətə səbəb olur. Xəstəlik yay mövsümündə Muzaffarpur rayonunda tez-tez baş qaldırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.