DÜNYA


Hindistanda güclü yağışlar azı 138 nəfərin həyatına son qoyub

Bakı, 24 iyul, AZƏRTAC

Son iki sutka ərzində Hindistanın qərbindəki Maharaştra ştatını cənginə alan güclü leysan yağışları ilə bağlı hadisələr səbəbindən azı 138 nəfər həlak olub.

AZƏRTAC NDTV telekanalına istinadla xəbər verir ki, Maharaştra ştatının bəzi rayonlarına 400-600 millimetr yağıntı düşüb.

Hakimiyyət orqanlarının məlumatına görə, 36 nəfər sahilyanı Rayqad dairəsində leysan yağışlarının səbəb olduğu torpaq sürüşməsi nəticəsində həyatını itirib. Həmçinin 27 nəfər Satar dairəsində, 7 nəfər ştatın paytaxtı Mumbay şəhərində həlak olub. Digər cəsədlər isə Qondiya və Çandrapur regionlarının müxtəlif yaşayış məntəqələrində aşkarlanıb.

Güclü musson yağışları son iki gün ərzində Mumbay şəhəri ilə yanaşı, Rayqad, Ratnagiri, Palqhar, Thane, Sindhudurq, Kolhapur, Sanqli və Satara dairələrində daşqınlara səbəb olub. Maharaştra ştatının hakimiyyət orqanları su altında qalan zonalardan 84 mindən çox insanın təxliyə edildiyini bildirib. Təbii fəlakət nəticəsində 54 kənd tamamilə su altında qalıb, 821 kənd isə qismən zərər görüb. Hindistanın Hərbi Dəniz Qüvvələrinin bölmələri və helikopterləri xilasetmə əməliyyatlarına cəlb olunub.

Mütəxəssislərin sözlərinə görə, belə güclü yağışlar ştatda təxminən son 40 ildə ilk dəfədir müşahidə edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.