DÜNYA


Hindistanda hoteldə baş verən yanğında ən azı doqquz nəfər ölüb VİDEO

Bakı, 12 fevral, AZƏRTAC

Hindistanın paytaxtı Dehlidə “Arpit Palace” adlı hoteldə baş verən yanğında ən azı 9 nəfər ölüb.

AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, hadisə səhərin erkən saatlarında baş verib. Ölənlər arasında qadın və uşaqların olduğu bildirilir. Yanğın vaxtı hotelin 35 nömrəsinin hamısında yaşayan olub. Hadisə şahidlərinin sözlərinə görə, xilas olmaq üçün binadan tullanan üç nəfər ciddi xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Bundan başqa, 50-dən çox adam yüngül xəsarətlərlə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Hadisə yerinə cəlb olunmuş 25 yanğınsöndürən briqadanın səyləri nəticəsində alov söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.