DÜNYA


Hindistanda iqtisadiyyatın bərpası üçün karantin rejimi bir az da yumşaldılır

Pekin, 14 sentyabr, AZƏRTAC

Hindistan hökuməti son günlər COVID-19 virusuna yoluxma hallarının sürətlə çoxlamasına baxmayaraq, iqtisadiyyatın bərpası üçün karantin rejimini bir qədər də yumşaltmağa qərar verib.

AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, hökumət geniş müzakirələrdən sonra belə bir qərar qəbul edib. Statistika qurumunun məlumatına əsasən, karantin rejimi ilə əlaqədar ilin ikinci rübündə ölkədə ümumi daxili məhsul 23,9 faiz azalıb. Bundan başqa, işsizlik iyuldakı 7,43 faizdən avqustda 8,5 faizə yüksəlib. Bəzi ekspertlər karantin rejiminin davam edəcəyi halda xüsusən kiçik və orta sahibkarların çətin vəziyyətdə qalacağını güman edirlər.

“S&P Global Ratings” agentliyi 2020-2021 maliyyə ilində Hindistan iqtisadiyyatının 9 faiz geriləyəcəyini proqnozlaşdırıb. Agentlik pandemiyadan əvvəl verdiyi proqnoz isə 6,5 faiz artım idi.

Qeyd edək ki, son həftə Hindistanda COVID-19 infeksiyasına yoluxma sayı orta hesabla gündə 90 min nəfər olub. Yoluxma sayına nisbətdə ölüm sayının az olması hökumətdə belə bir əminlik yaradıb ki, pandemiya davam etsə də, pasiyentlərin çoxu xəstəliyi ayaqüstə keçirəcək.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.