DÜNYA


Hindistanda məbəddə baş verən basırıqda 7 nəfər ölüb

Bakı, 21 aprel, AZƏRTAC

Hindistanın Tamil Nadu ştatında "Çitra Purnami" dini ayin zamanı yaranan basırıqda dördü qadın olmaqla, ən azı 7 nəfər ölüb.

AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, hadisə gündüz 11:00 radələrində Triçi rayonundakı Karupasami mədədində baş verib. Belə ki, məbəddə dini ayinin tərkib hissəsi olan kahinin atdığı pulları toplama məqamında basırıq yaranıb.

Yerli polisin sözlərinə görə, məbəddə pul toplama mərasimi 2004-cü ildən keçirilsə də ilk dəfədir basırıq və ölüm hadisəsi baş verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.