DÜNYA


Hindistanda məbəddə baş verən bədbəxt hadisə nəticəsində 13 nəfər həyatını itirib

Hindistanda məbəddə baş verən bədbəxt hadisə nəticəsində 13 nəfər həyatını itirib

Pekin, 30 mart, AZƏRTAC

Hindistanın Madhya Pradeş ştatında məbəddə döşəmənin çökməsi nəticəsində azı 13 nəfər ölüb, bir neçə zəvvar yaralanıb.

AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, hadisə İndor şəhərindəki mağara məbəddə baş verib. Təxminən 30 nəfərin üzərində dayandığı döşəmənin çökməsi nəticəsində zəvvarlar quyuya düşüblər. Hadisədə xəsarət alan 13 nəfər xəstəxanaya yerləşdirilib. Ölənlərdən 10-u qadındır. Bir neçə nəfər, o cümlədən bir uşaq itkin hesab olunur.

Hazırda axtarış işləri davam edir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.