DÜNYA
Hindistanda məktəbdə baş vermiş partlayış nəticəsində ən azı 12 şagird yaralanıb
Bakı, 13 fevral, AZƏRTAC
Hindistanın Kəşmir əyalətinin cənubundakı Pulvama rayonunda orta məktəb binasında baş vermiş partlayış nəticəsində ən azı 12 şagird yaralanıb.
AZƏRTAC ANI informasiya agentliyinə istinadla xəbər verir ki, müsəlmanların yaşadığı Narbal şəhərindəki “Fələh-i-Milli” adlı özəl məktəbdə yaralanan şagirdlərin hamısı eyni – 10-cu sinif şagirdləridir. Yaralıların yeddisi yaxınlıqdakı Şrinaqal xəstəxanasına çatdırılıb və onların vəziyyətinin ağır olduğu bildirilir.
Məktəbin müəllimi Cavad Əhməd ANI agentliyinə bildirib ki, onun dərs dediyi sinifdə baş vermiş partlayışın səbəbi məlum deyil. Onun sözlərinə görə, xəsarət almış şagirdlərin sayında da artım olması mümkündür. Hazırda əyalət polisi insidentin baş vermə səbəbini aydınlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]