DÜNYA


Hindistanda milyonlarla insan eyvandan işıq saçmaqla pandemiya ilə mübarizədə həmrəylik nümayiş etdirib VİDEO

Pekin, 6 aprel, AZƏRTAC

Hindistanda aprelin 5-də yerli vaxtla axşam saat 9-da milyonlarla insan mənzillərində elektrik lampalarını yandırmaqla, habelə eyvanlarda şam və ya mobil telefon vasitəsilə 9 dəqiqə işıq saçmaqla COVID-19 pandemiyası ilə mübarizədə həmrəylik nümayiş etdiriblər.

AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, aksiya Baş Nazir Narendra Modinin “Saat 9-da 9 dəqiqə” (9pm - 9 min) çağırışı ilə baş tutub. O, bu aksiyanın pandemiyadan əziyyət çəkən dünyaya təsirli mesaj olacağını ümid etdiyini deyib. Aksiyaya sadə insanlarla yanaşı, dövlət rəsmiləri, tanınmış şəxslər, kino və şou-biznes ulduzları da qoşulublar.

Qeyd edək ki, Hindistanda COVID-19 infeksiyasına yoluxanların sayı 3588, ölənlərin sayı isə 99 nəfərdir. Ölkə martın 25-dən etibarən 21 günlük karantin rejimindədir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.