DÜNYA


Hindistanda musson mövsümündə 2400-ə yaxın insan həlak olub

Bakı, 19 noyabr, AZƏRTAC

Hindistanda bu ilin musson mövsümündə azı 2391 nəfər həlak olub, 800 mindən çox ev zədələnib.

AZƏRTAC NDTV telekanalına istinadla xəbər verir ki, bundan başqa, mövsüm ərzində 15,7 mindən çox iribuynuzlu mal-qara tələf olub, daşqınlar, leysan yağışlar və torpaq sürüşmələri səbəbindən 6,4 milyon hektar əkin sahəsinə zərər dəyib.

Bu barədə ölkənin daxili işlər naziri Nityanand Rai parlamentin sorğusuna cavabında bildirib.

İyunun axırlarında Cənubi Asiyaya son on ilin ən güclü mussonu gəlib. Yağışlar mövsümü adəti üzrə sentyabrda başa çatmayıb və oktyabrda da davam edib. Leysan yağışlar ölkənin müxtəlif regionlarında daşqınlara, nəqliyyat əlaqəsində problemlərə, binaların dağılmasına, çoxsaylı bədbəxt hadisələrə səbəb olub.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına cəlb olunan 176 xüsusi qrup daşqın zonalarından 99 minə yaxın insanı xilas edib, 24 min nəfərə tibbi xidmət göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.