DÜNYA


Hindistanda “omikron” ştamına qarşı vaksin hazırlanır

Bakı, 17 yanvar, AZƏRTAC

Hindistanın “Gennova Biopharmaceuticals” əczaçılıq kompaniyası koronavirusun “omikron” ştamına qarşı bir neçə aydan sonra hazır olacaq xüsusi vaksin üzərində işləyir.

AZƏRTAC Reuters iagentliyinə istinadla xəbər verir ki, sınaqlardan sonra preparatdan koronavirus əleyhinə üçüncü buster dozası kimi istifadə ediləcək.

Əczaçılıq kompaniyası ötən ilin sonunda keçirilən sınaqların iki mərhələsinin nəticələrini Hindistan tənzimləyicisinə təqdim edib və onun təhlükəsiz olduğu barədə rəy alıb. İstifadə üçün təsdiqlənəcəyi təqdirdə preparat ABŞ-ın “Pfizer” və “Moderna” şirkətləri tərəfindən hazırlanan vaksinlərə analoji olaraq Hindistanın “omikron” ştamına uyğunlaşdırılan ilk matrisa peyvəndi olacaq.

Qeyd edək ki, yanvarın 16-da Hindistanda COVID-19 infeksiyasına qarşı vaksinasiya kampaniyasının bir ili tamam olub. Proses zamanı ölkə əhalisinin 92 faizinə 1,56 milyard dozadan çox peyvənd vurulub.

Pandemiyanın statistikasını aparan Worldometer portalının məlumatına görə, indiyədək Hindistanda koronavirusa yoluxanların sayı 37 milyon 380 min nəfəri, ölənlərin sayı 486 min nəfəri ötüb, 35 milyon 237 min nəfər isə sağalıb. Hindistan COVID-19 infeksiyasına yoluxma hallarına görə ABŞ-dan sonra ikinci, ölüm hallarının sayına görə isə ABŞ və Braziliyadan sonra üçüncü yeri tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.