DÜNYA


Hindistanda ötən gün COVID-19 səbəbindən 933 ölüm qeydə alınıb

Pekin, 8 avqust, AZƏRTAC

Hindistanda ötən sutka ərzində COVID-19 səbəbindən 933 ölüm qeydə alınıb. Bununla da ölkədə COVID-19 qurbanlarının sayı 42 min 518-ə çatıb.

AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ötən sutka ölkədə yeni növ koronavirusa 61 min 537 yoluxma faktı aşkarlanıb. Son 2 sutkada gündəlik yoluxma sayı 60 mindən çox olub.

Qeyd edək ki, Hindistanda indiyədək 2 milyon 88 min 611 nəfər virusa yoluxub. Onların təxminən 68 faizi sağalıb. Hindistanda virusa yoluxanların ümumi sayı iyulun 16-da 1 milyonu, avqustun 6-da isə 2 milyonu ötüb. Ölkə COVID-19-a yoluxanların sayına görə ABŞ və Braziliyadan sonra 3-cü sıradadır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.