DÜNYA
Hindistanda ötən gün təxminən 20 min COVID-19 yoluxması qeydə alınıb
Pekin, 28 iyun, AZƏRTAC
Hindistanda gün ərzində COVID-19 infeksiyasına rekord sayda - 19 min 906 yoluxma halı qeydə alınıb. Bununla da ölkədə ümumi yoluxma hallarının sayı 528 min 859-a yüksəlib.
AZƏRTAC Hindistanın Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ötən sutka ölkədə COVID-19 səbəbindən 410 ölüm baş verib. İndiyədək Hindistanda 16 min 95 nəfər bu virusdan ölüb. Virusa yoluxanların 58 faizinin sağaldığı bildirilir.
Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə ABŞ, Braziliya və Rusiyanın ardından 4-cü sıradadır. COVID-19 pandemiyası ilə əlaqədar martın 25-dən Hindistanda qüvvədə olan xüsusi karantin rejimi iyunun 30-dək uzadılıb. Bəzi ştatlar yerli vəziyyətə uyğun olaraq xüsusi karantin rejiminin iyulun 15-dək uzadılmasına qərar verib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]