DÜNYA


Hindistanda ötən sutka 52 mindən çox yoluxma qeydə alınıb

Pekin, 5 avqust, AZƏRTAC

Ötən sutka ərzində Hindistanda COVID-19 infeksiyasına 52 min 509 yoluxma halı qeydə alınıb.

AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ölkədə ümumi yoluxma hallarının sayı 1 milyon 908 min 225 nəfərə çatıb. Ötən sutka ərzində COVID-19 səbəbindən 857 ölüm halı baş verib. Bununla da Hindistanda pandemiya qurbanlarının sayı 39 min 795-ə çatıb.

Ardıcıl 6 sutkadır ki, Hindistanda gündəlik yoluxma sayı 50 mindən çox olur.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə, ABŞ və Braziliyanın ardından üçüncü sıradadır. Ən pis vəziyyət Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir. Bu bölgələrin hər birində ümumi yoluxma sayı 100 mindən yuxarıdır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.