DÜNYA


Hindistanda ötən sutka koronavirusa 86 min 52 yoluxma qeydə alınıb

Pekin, 25 sentyabr, AZƏRTAC

Ötən sutka ərzində Hindistanda COVID-19 infeksiyasına 86 min 52 yoluxma, bu virus səbəbindən 1141 ölüm qeydə alınıb. Bu, ötən gün üçün dünyada sutkalıq ən çox yoluxma və ölüm halıdır.

AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ölkədə virusa yoluxanların ümumi sayı 5 milyon 818 min 570 nəfərə, ölüm hallarının sayı isə 92 min 290-a çatıb.

Səhiyyə Nazirliyi ölkədə hazırda bir milyona yaxın koronaviruslu pasiyentin olduğunu açıqlayıb. Ötən sutka 1 milyon 492 test yoxlaması aparılıb.

Qeyd edək ki, son 2ayda Hindistan COVID-19 virusunun yeni episentrinə çevrilib. Avqustun 6-dan bəri sutkalıq ən çox yoluxma Hindistanda qeydə alınır. Bundan başqa, Hindistan son günlər sutkalıq ölüm hallarının sayına görə də bütün ölkələri qabaqlayır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.