DÜNYA


Hindistanda ötən sutka koronavirusa 92 min 71 yoluxma qeydə alınıb

Pekin, 14 sentyabr, AZƏRTAC

Ötən sutka ərzində Hindistanda COVID-19 infeksiyasına 92 min 71 yoluxma halı qeydə alınıb.

AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ölkədə ümumi yoluxma hallarının sayı 4 milyon 846 min 427 nəfərə çatıb. Ötən sutka ərzində COVID-19 səbəbindən 1136 ölüm halı baş verib. Bununla da Hindistanda pandemiya qurbanlarının sayı 79 min 722-yə çatıb. Ötən gün dünyada ən çox yoluxma və ölüm məhz Hindistanda qeydə alınıb.

Səhiyyə Nazirliyi ölkədə hazırda bir milyona yaxın koronaviruslu pasiyentin olduğunu açıqlayıb. Ötən sutka 978 min test yoxlaması aparılıb.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə ikinci, ölüm hallarının sayına görə isə üçüncü sıradadır. Son 5 sutka ərzində gündəlik yoluxma sayı 90 mindən çox olub. Hindistan son günlər pandemiyanın episentrinə çevrilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.