DÜNYA


Hindistanda qəzaya uğrayan An-32 təyyarəsinin "qara qutu"su tapılıb

Bakı, 14 iyun, AZƏRTAC

Hindistan hərbi hava qüvvələrinə məxsus qəzaya uğramış An-32 təyyarəsinin "qara qutu"su tapılıb.

AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ölkənin hərbi hava qüvvələri məlumat yayıb. Məlumatda bildirilir ki, "qara qutu"dakı məlumatlar öyrənildikdən sonra təyyarənin qəzaya uğramasının dəqiq səbəbləri məlum olacaq.

Hazırda qəza yerində böyük ehtimalla ölmüş ekipaj üzvlərinin və sərnişinlərin cəsədlərinin tapılması istiqamətində iş davam etdirilir. Çətin relyef və pis hava səbəbindən axtarış işləri ləng gedir.

Qeyd edək ki, Assam ştatının Corhat şəhər aeroportundan havaya qalxaraq ölkənin şimal-şərqində yerləşən Arunaçal-Pradeş ştatına uçan An-32 hərbi-nəqliyyat təyyarəsi iyunun 3-də havaya qalxdıqdan 35 dəqiqə sonra radarlardan itib. İnsident zamanı təyyarənin göyərtəsində 13 nəfər - səkkiz ekipaj üzvü və beş sərnişin olub. Təyyarənin qalıqları iyunun 11-də Lipo yaşayış məntəqəsindən 16 kilometr şimalda dəniz səviyyəsindən 3,5 min kilometr hündürlükdə aşkarlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.