DÜNYA


Hindistanda saxta alkoqoldan zəhərlənən 50 nəfər ölüb VİDEO

Hindistanda saxta alkoqoldan zəhərlənən 50 nəfər ölüb VİDEO

Bakı, 16 dekabr, AZƏRTAC

Hindistanın Çhapra şəhəri yaxınlığındakı Doyla kəndində (Bihar ştatı) son sutka ərzində 11 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb. Bununla da ştatda alkoqol zəhərlənməsindən ölənlərin sayı 50-yə çatıb.

AZƏRTAC The Economic Times qəzetinə istinadla xəbər verir ki, polis regionda saxta spirtli içki ticarəti ilə məşğul olan 126 nəfəri həbs edib və 4000 litrdən çox saxta alkoqolu götürüb.

Bihar ştatının hakimiyyət orqanları 2016-cı ildə spirtli içkilər istehsalına, satışına və istehlakına tam qadağa qoyub. Lakin rəsmi qadağa fonunda bölgədə saxta spirtli içki istehsalı və satışı artmağa başlayıb.

Qadağanın əsas təşəbbüskarı olan ştat hökumətinin başçısı Nitiş Kumar müxalifət tərəfindən kəskin tənqidə məruz qalır. Müxalifətçilər hakimiyyəti çoxsaylı ölüm hallarına gətirib çıxaran keyfiyyətsiz saxta alkoqollu içkilərin gizli istehsalının qarşısını ala bilməməkdə təqsirləndirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.