DÜNYA


Hindistanda saxta likördən 72 nəfər ölüb

Bakı, 9 fevral, AZƏRTAC

Hindistanın şimalında yerləşən kəndlərdə tərkibində toksik metanol olan saxta likördən 72 nəfərin öldüyü bildirilir.

AZƏRTAC Hindistanın NDTV telekanalına istinadla bildirir ki, ölənlərin 64-ü Uttar Pradeş ştatında yerləşən Balpur və Uttaraxand kəndlərinin sakinləridir. Daha 22 nəfər ağır vəziyyətdə xəstəxanalara aparılıb.

İnsidentlə bağlı cinayət işi açılıb, saxta içkilərin hazırlanması və satışında şübhəli bilinən 30 nəfər isə həbs olunub. Müsadirə olunan yüzlərlə litr likör analiz götürülməsi üçün laboratoriyaya göndərilib. Saxlanılan şübhəlilərin arasında 10 polis nəfərinin də olduğu bildirilir. Onlara qarşı rüşvət müqabilində saxta içki alverinə şərait yaradılması ittihamı irəli sürülüb.

Ştatın qubernatoru həlak olanların ailələrinə 2800 dollar (200 min rupi) təzminat ödəməyi qərara alıb.

Telekanalın xəbərində qeyd olunub ki, Hindistanda hər il saxta spirtli içkilərdən orta hesabla 1000 nəfər ölür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.