DÜNYA


Hindistanda sel və daşqınlarda ölənlərin sayı 209 nəfərə çatıb

Bakı, 14 avqust, AZƏRTAC 

Hindistanın Kerala, Karnataka, Maharaştra və Qujarat ştatlarında sel və daşqınlarda ölənlərin sayı 209 nəfərə çatıb. AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində 1,2 milyon insan təxliyə edilib. Rəsmi məlumatda qeyd olunur ki, 48 saat davam edən musson yağışları turizm bölgəsi olan bu əyalətlərdə ciddi fəsadlar törədib. Karnataka ştatında UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş qədim Hampi şəhəri də suyun altında qalıb.

Ötən il də Kerala ştatında sel və daşqınlar nəticəsində ictimai infrastruktur dağılıb, o cümlədən avtomobil və dəmir yolları sıradan çıxıb. 2018-ci ildə bu əyalətdə 405 nəfər təbii fəlakətin qurbanı olub. Builki sel və daşqınlarda həmin ştatda 95 nəfər ölüb, daha 59 sakin itkin düşüb. Karnataka ştatında 48 nəfər həyatını itirib, 677 min insan təxliyə edilib. Qujarat və Maharaştra ştatlarında isə 66 nəfərin öldüyü bildirilir.

Hindistan ordusunun əsgərləri, hərbi hava qüvvələri də axtarış-xilasetmə əməliyyatlarına cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.