DÜNYA


Hindistanda sərnişin qatarında partlayış olub

Bakı, 1 dekabr, AZƏRTAC

Hindistanda şəhərlərarası sərnişin qatarında partlayış baş verib.

AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, partlayış nəticəsində biri ağır olmaqla, üç nəfər yaralanıb. Hadisə yerli vaxtla 19:04-də (Bakı vaxtı ilə 17:34) Rancia-Dekarqaon qatarının vaqonlarının birində baş verib.

Hələlik partlayışın səbəbi bilinmir. Polis hadisənin terror aktı olduğunu istisna etmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.