DÜNYA


Hindistanda son 24 saatda rekord sayda – 97 mindən çox insan koronavirusa yoluxub

Bakı, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də dünyada COVID-19 infeksiyasına ən çox yoluxma halı Hindistanda qeydə alınıb.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, koronavirus infeksiyasının yeni episentrinə çevrilən Hindistanda son sutka ərzində 97 min 654 nəfər COVID-19 xəstəliyinə yoluxub. Bu, həm də ölkədə koronavirusa rekord sutkalıq yoluxma halıdır.

Həmçinin ötən sutka ərzində Hindistanda 1202 nəfər COVID-19 xəstəliyi səbəbindən həyatını itirib. İndiyə qədər ölkədə 4 milyon 657 min 379 yoluxma halı qeydə alınıb, ölənlərin sayı isə 77 min 506 nəfərə çatıb.

Hindistan COVID-19 infeksiyasına yoluxanların sayına görə ABŞ-dan sonra ikinci, ölənlərin sayına görə isə ABŞ və Braziliyadan sonra üçüncü yerdədir.

Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.